İranın "M/T Kylo" neft tankeri ABŞ-ın ötən gün endirdiyi raket zərbəsindən sonra Oman körfəzində batıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsində bu gün Oman körfəzində Kylo tankeri batıb və İran Hərbi Dəniz Qüvvələrinin sıralarını dənizin dibində tamamlayıb", - deyə məlumatda qeyd olunub.
Yayımlanan videodan göründüyü kimi, hücum zamanı gəminin gövdəsinə azı dörd raket dəyib və bundan sonra tankerdə yanğın başlayıb. Daha sonra gəmi böyrü üstə çevrilərək batıb.
Thanks to the precision and professionalism of American service members, the M/T Kylo sank in the Gulf of Oman today and joined Iran’s navy at the bottom of the sea. pic.twitter.com/OwSDMl8SSQ
— U.S. Central Command (@CENTCOM) September 6, 2026


Şərhlər