Menu

Şəkidə avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb

06.09.2026, 22:28
Şəkidə avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib.

Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol