Menu

Dünya bazarında mazut qıtlığı yaranacaq? - PROQNOZ

07.09.2026, 16:39
Dünya bazarında mazut qıtlığı yaranacaq? - PROQNOZ

Dünya bazarında bu ilin üçüncü rübündə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin təsiri ilə ciddi mazut qıtlığının yaranacağı gözlənilir.

"AzPolitika" xəbər verir ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak edən ekspertlərin fikrincə, mövcud gərginlik gəmiçilik sektoru və elektrik stansiyalarının yanacaq təminatında çətinliklərə yol açacaq. Rusiya və Fars körfəzi regionundakı neft emalı zavodlarına vurulan zərbələr istehsal prosesini pozmaqla yanaşı, dəniz yolu ilə daşımaları da mürəkkəbləşdirib.

Tədarükün azalması gəmi sahibləri və enerji istehsalçıları üçün xərclərin kəskin artması riskini yaradır. Analitiklər bildirirlər ki, bu vəziyyətdən ən çox Asiya regionu əziyyət çəkəcək. Çünki bu region Fars körfəzindən edilən idxaldan yüksək dərəcədə asılıdır. Məsələn, dünyanın ən böyük bunkerləmə mərkəzi olan Sinqapur gündəlik təxminən 1 milyon barel olan mazut tələbatının yarısından çoxunu məhz bu mənbələrdən qarşılayır.

"Energy Aspects" konsaltinq şirkətinin hesablamalarına görə, üçüncü rübdə qlobal bazarda gündəlik mazut çatışmazlığı 218 min barelə çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol