Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
"AzPolitika" xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, 7 sentyabr saat 23:42-də mərkəz yağışlı hava şəraitinə görə həmin yolda bütün zolaqlar üzrə sürət həddinin 20 km/saat endirildiyini, sürət tablolarında “sürüşkən yol” işarəsinin aktivləşdirildiyini və sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş etmişdi.


Şərhlər