Menu

Məşhur rusiyalı milyarderin iddiası rədd edildi - Sanksiyalar qüvvədə qalır

09.09.2026, 15:30
Məşhur rusiyalı milyarderin iddiası rədd edildi - Sanksiyalar qüvvədə qalır

Avropa Məhkəməsi tanınmış rusiyalı milyarder Roman Abramoviçə qarşı sanksiyaların ləğvi ilə bağlı iddianı rədd edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Qərb mediası məhkəməyə istinadla məlumat yayıb.

Bu sanksiyalara aktivlərin dondurulması və Avropa Birliyi(AB) vasitəsilə giriş və tranzit qadağası daxildir. Abramoviç məhdudlaşdırıcı tədbirlərin uzadılması ilə bağlı AB Şurasının qərarlarına etiraz edib və zərərin ödənilməsini tələb edib. Lakin məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb və sanksiyaların tətbiqi meyarlarını mütənasib hesab edib. AB Məhkəməsi daha əvvəl Abramoviçin iddialarını 20 dekabr 2023-cü ildə və 10 sentyabr 2025-ci ildə rədd edib.

Abramoviç iddia edir ki, ona qarşı sanksiyalar onun məşhurluğuna görə tətbiq edilib. Məhkəmə bu arqumenti rədd edib və əsas kimi onun Rusiya hökumətinə yaxın şirkətlərdəki paylarını göstərib. Abramoviç Rusiyanın aparıcı metal və mədən qruplarından biri olan “Evraz”ın majoritar səhmdarıdır. 

O, həmçinin palladium və nikelin əsas istehsalçısı olan “Norilsk Nikel”in səhmlərinə sahibdir. Məhkəmə qeyd edir ki, bu sənaye sahələri Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol