Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının VII konfransı keçirilib. Təşkilatdan “AzPolitika”ya verilən məlumata görə, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Konfransda Kəngərli Rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və YAP Mərkəzi Aparatının nümayəndəsi Asif İmaməliyev çıxış ediblər.
Konfransda YAP Kəngərli rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib, YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.
“AzPolitika.info”


Şərhlər