Menu

Gürcüstandan uçan təyyarə dənizə düşüb

09.09.2026, 15:40
Gürcüstandan uçan təyyarə dənizə düşüb

Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.

"AzPolitika" xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Məlumata görə, hadisə Çayəli rayonu sahillərində baş verib.

Qəza enişinin səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin təyyarənin Batumidən uçduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol