Menu

Ukrayna bu sənayeni tam itirdi - 3 böyük zavod bağlandı, 15 min işsiz var

21.09.2026, 15:23
Ukrayna bu sənayeni tam itirdi - 3 böyük zavod bağlandı, 15 min işsiz var

Sentyabrın əvvəlindən Rusiya ballistik raketləri Ukraynanın Zaporojye və Dnepropetrovsk bölgələrində yerləşən üç ən böyük metallurgiya zavodunu sıradan çıxarıb. 17 işçi həlak olub. Ötən həftə iki raketlə Zaporojyedəki zavoda yenidən zərbə endirilib. Bu, son bir aydan da az müddətdə dördüncü zərbədir.

“AzPolitika” xəbər verir ki, “The Moscow Times”-da dərc edilən yazıda belə deyilir. Sözügedən müəssisələrin aid olduğu “Metinvest” və “ArcelorMittal” metallurgiya şirkətləri Mariupoldakı Azovstal zavodunun itirilməsindən sonra ölkənin polad istehsalının 90%-ni təşkil edən zavodlarını bağlayıblar. 

Zərbələr üç böyük zavodun domna sobalarını hədəf alıb. Şirkətlər hazırda təmir işlərinin nə qədər vaxt aparacağını - günlərlə və ya illər çəkəcəyini bilmirlər, lakin 15 mindən çox insanın işlədiyi zavodların bağlanması ciddi nəticələrə səbəb olacaq.

Yazıda qeyd olunur ki, Ukrayna faktiki olaraq öz metallurgiya sənayesini itirib.

Ukrayna Baş naziri Sergey Koretskinin sözlərinə görə, Rusiyanın zərbələri vergi gəlirlərində 1,5 milyard dollar itkiyə səbəb ola bilər. Qeyd edək ki, Avropanın maliyyə yardımlarına baxmayaraq, bu il Ukrayna büdcəsinin kəsiri 27 milyard dollara çatacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol