Menu

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21.09.2026, 21:19
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

Ağ Ev rəhbəri Donald Tramp süni intellektin gələcək inkişafının tərəfdarı kimi çıxış edərək bildirib ki, ABŞ bu sahədə liderliyini qoruyub saxlamalıdır.

Tramp bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ABŞ hazırda süni intellekt sahəsində Çini və digər ölkələri qabaqlayır, həmçinin bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir.

"Mən sənaye inqilabından və ya hətta internetin özündən daha miqyaslı olacaq bir texnologiyanın inkişafını ləngitmək fikrində deyiləm", - ABŞ lideri vurğulayıb.

Tramp deyib ki, ABŞ ehtiyatlı davranacaq, ölkənin Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları isə zərurət yarandıqda vəziyyəti tənzimləmək üçün tədbirlər görəcəklər. /"Report" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol