Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb.
"AzPolitika" xəbər verir ki, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
***
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.
Bu barədə NTV məlumat yayıb.
İlkin məlumata görə, hələlik kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.
Hücum nəticəsində 4 şagirdin yaralandığı bildirilir.
Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.
***
Türkiyədə məktəbə silahlı hücum olub.
"AzPolitika" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Hadisə ölkənin Manisa vilayətinin Turqutlu rayonunda baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində yaralananlar var.


Şərhlər