Menu

Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - Səbəb

22.09.2026, 14:28
Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - Səbəb

Azərbaycandan Fransaya saxta pasportla getmək istəyən əcnəbi saxlanılıb.

"AzPolitika" xəbər verir ki, hadisə Bakı aeroportunda baş verib. Mərakeş Krallığının vətəndaşı Ərraziqi Əl Hüseyn qeyri-qanuni şəkildə Fransaya getmək üçün saxta pasport əldə edib, Türkiyədən Azərbaycana, buradan isə Fransaya yollanmaq qərarına gəlib. O, bir neçə gün Bakıda qaldıqdan sonra Fransaya getmək üçün bilet alıb və yenidən hava limanına gəlib. Nəzarət-Buraxılış Məntəqəsində yoxlanış zamanı onun saxta sənədlə xaricə getmək istədiyi aşkarlanıb və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ərraziqi Əl Hüseyn barəsində həbs qətimkan tədbiri seçilib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Ərraziqi Əl Hüseyn 7 ay azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol