Menu

Britaniya–Ukrayna əlaqələrinin görünməyən tərəfi: MI6 iddiası gündəmdə ...

22.09.2026, 15:26
Britaniya–Ukrayna əlaqələrinin görünməyən tərəfi: MI6 iddiası gündəmdə ...

ABŞ-ın istefada olan polkovniki, Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Ukrayna Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin nəzarəti altındadır. Onun sözlərinə görə, MI6 kəşfiyyat xidməti olmasa, Volodimir Zelenskinin hökuməti süqut edər. 

Bəs görəsən, Makqreqorun bu fikirləri nə dərəcədə realdır? Həqiqətən Mi6 Zelenskini himayə edir? Əgər səslənən fikirlər realdırsa, o zaman Britaniyanın bundan qazancı nədir?

Mövzu ilə bağlı "Azpolitika" ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Böyük Britaniyanın Ukraynaya siyasi təsiri mövcuddur:

"Ukraynanın hazırkı vəziyyətində Böyük Britaniyanın həm siyasi, həm də hərbi baxımdan göstərdiyi dəstək və oynadığı rol danılmazdır. Böyük Britaniya Ukraynaya hərbi yardım göstərən əsas ölkələrdən biridir. Müxtəlif dövrlərdə Ukrayna ordusuna silah, hərbi texnika və digər vasitələrlə dəstək verilib. Bununla yanaşı, London Kiyevin siyasi mövqeyini də fəal şəkildə dəstəkləyir. Bu baxımdan Böyük Britaniyanın Ukrayna məsələsində Avropanın mövqeyinə və ümumilikdə Qərbin siyasətinə təsiri də xüsusi diqqət çəkir.

Ona görə də, Böyük Britaniyanın Ukraynaya verdiyi siyasi və hərbi dəstək müharibənin gedişində mühüm amillərdən biri olaraq qalır. Eyni zamanda hazırda Rusiya təhlükəsi fonunda Britaniya və Qərb müharibədə Ukraynanın qələbəsini təmin etməklə öz maraqlarını qorumağa çalışırlar. Britaniyanın Zelenskini himayə etməsi də məhz bu amillə bağlı ola bilər".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol