"Formula-1" tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər məsafədən - onlayn formada təşkil olunacaq.
"AzPolitika" xəbər verir ki bu barədə BDU-nun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Bakıda yerləşən digər ali təhsil müəssisələrində də tədris distant təşkil olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Şərhlər