Menu

"ABŞ Kubada fundamental dəyişikliklərə nail olmağa çalışır" - Tramp

22.09.2026, 19:56
"ABŞ Kubada fundamental dəyişikliklərə nail olmağa çalışır" - Tramp

Vaşinqton Kubada fundamental dəyişikliklərə nail olmağa çalışır.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.

O qeyd edib ki, adadakı vəziyyət heç vaxt olmadığı qədər pisləşir: "Kuba əvvəllər heç vaxt olmadığı qədər uğursuzluğa düçar olur və o, süqut edəcək".

ABŞ liderinin sözlərinə görə, dövlət katibi Marko Rubio Kuba ilə fəal danışıqlar aparır.

Tramp vurğulayıb ki, Vaşinqton Kubanın ABŞ-ni təhdid edə biləcək xarici rəqiblər üçün sığınacağa çevrilməsinə imkan verməyəcək.

"Kommunizm heç vaxt Amerikaya gəlməyəcək, lakin Kubaya azadlıq gələcək", - ABŞ Prezidenti deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol