Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.
Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.
Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qabardılıb.
Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi, regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
On the margins of #UNGA81, Minister of Foreign Affairs of the Republic of Azerbaijan @Bayramov_Jeyhun met with Abbas Araghchi @araghchi, Minister of Foreign Affairs of the Islamic Republic of Iran . During the meeting, - bilateral and multilateral agenda and regional developments were reviewed. The Ministers underscored importance of sustained high-level engagement, mutual respect and good neighborly relations. The August 2026 meeting of the Presidents of Azerbaijan and Iran in Bishkek was highlighted as another important step toward expanding our bilateral cooperation. Regional security issues were also discussed, with emphasis on the importance of diplomacy and dialogue, and promoting peace and stability. #Azerbaijan #Iran #UNGA81
— MFA Azerbaijan (@AzerbaijanMFA) September 22, 2026
***
İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.
Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Təfərrüatlar açıqlanmayıb. /"Report"


Şərhlər