Menu

Lavrov və Rubio bu gün Nyu-Yorkda danışıqlar aparacaq

23.09.2026, 08:50
Lavrov və Rubio bu gün Nyu-Yorkda danışıqlar aparacaq

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş bu gün Nyu-Yorkda keçiriləcək.

 Bu barədə ABŞ dövlət katibinin iş qrafikində məlumat verilib.

Görüşün yerli vaxtla saat 09:00-da başlaması planlaşdırılır. Danışıqlar BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək və görüşün əvvəlində jurnalistlər üçün protokol çəkilişinin aparılması nəzərdə tutulur.

Rubio daha əvvəl Lavrovla görüşdə Ukraynadakı müharibənin də müzakirə olunacağını bildirib.

Görüşün əsas mövzularından birinin Ukrayna münaqişəsinin nizamlanması olacağı gözlənilir. Tərəflərin BMT çərçivəsində Rusiya-ABŞ münasibətləri və digər məsələləri də müzakirə edəcəyi bildirilir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol