Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verib.
"AzPolitika" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
****
Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.
“AzPolitika” xəbər verir ki, “Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.
Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Əlavə məlumat veriləcək.


Şərhlər