İran və ABŞ arasındakı təmaslarda irəliləyiş yoxdur, lakin tərəflər fikir mübadiləsini davam etdirirlər.
"AzPolitik" "Report"a istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Biz danışıqlara açığıq. Dünən, anladığım qədərilə, əsasən BMT vasitəçiləri vasitəsilə fikir və siqnallar mübadiləsi baş tutub. Bu müsbət məqamdır, lakin mən bunu hər hansı ciddi bir sıçrayış adlandırmazdım. Bu söhbətin baş tutması faktının özü artıq əhəmiyyət kəsb edir", - Rubio qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də İranla münaqişəyə son qoyacaq razılaşmanın bağlanması üçün müəyyən zəminin mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoff iranlı vasitəçilərlə "çox məhsuldar" görüş keçiriblər. Tramp həmçinin ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər razılaşmanın əldə olunması mümkünlüyünü də istisna etməyib.


Şərhlər