Menu

Azərbaycan prospektində ağır qəza - Yaralılar var

24.09.2026, 00:12
Azərbaycan prospektində ağır qəza - Yaralılar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Azpolitika"-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mersedes” və “Şevrolet” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan “Şevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol