Menu

"Çin və ABŞ dinc yanaşı yaşamağın düzgün yolunu tapmalıdır" - Si Cinpin

24.09.2026, 08:49
"Çin və ABŞ dinc yanaşı yaşamağın düzgün yolunu tapmalıdır" - Si Cinpin

Çin və ABŞ yeni dövrdə iki böyük dövlətin dinc yanaşı yaşamasını təmin edəcək düzgün yolu müəyyənləşdirməlidir.

Bunu Çin Sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günü yaydığı yazılı müraciətində bildirib.

Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki ölkə arasındakı münasibətlər və dünyadakı vəziyyətlə bağlı mühüm məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparacağını bildirib.

Çin liderinin sözlərinə görə, Pekin və Vaşinqton konstruktiv strateji sabitliyə əsaslanan münasibətləri inkişaf etdirməli, müxtəlif sahələrdə əməkdaşlıq və təmas imkanlarını genişləndirməlidir. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol