Bakıda sürücü sükan arxasında ölü tapılıb.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Sentyabrın 23-ü saat 10 radələrində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini 1958-ci il təvəllüdlü Zahab Allahverdiyevin meyiti sükan arxasında tapılıb.
İlkin ehtimala görə, sürücü idarə etdiyi "Mercedes" markalı avtomobildə ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırmalar aparılır.


Şərhlər