Menu

Bu küçədə xüsusi hərəkət zolağı təşkil edilib - FOTO

24.09.2026, 16:29
Bu küçədə xüsusi hərəkət zolağı təşkil edilib - FOTO

Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqlıiyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirib.

Layihə xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir.

Qeyd edək ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq bir neçə gün öncə Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində də avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb. AYNA-nın məlumatına görə, bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol