Ukrayna Prezidenti Volodimir Zelenski "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket partiyasının tədarükü barədə razılığın əldə olunduğunu açıqlayıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, o bu barədə ABŞ-dəkı Ukrayna icmasının nümayəndələri və liderləri ilə görüşü zamanı deyib.
"Biz bu gün, kiminlə olduğunu deməyəcəyəm, "Patriot" sistemləri üçün raket paketi barədə razılaşdıq. Vacib qərardır, çox vacibdir. Nəticə var", – Zelenski bildirib.
Xatırladaq ki, Ağ Evin rəhbəri Donald Trampla görüşdən sonra Ukrayna lideri qeyd edib ABŞ "Patriot" üçün raketlərin istehsalına lisenziyaların verilməsinə müsbət yanaşır.
Sonradan Dövlət Departamentindən bildirilib ki, ABŞ bu məsələ üzrə hələ yekun qərar qəbul etməyib.
Daha əvvəl Tramp Ukraynaya "Patriot" sistemləri üçün önləyici raketlərin istehsalına icazə verilməsi imkanını şərh edərkən bildirib ki, ABŞ bu məsələdə çox ehtiyatlı olmalıdır.


Şərhlər