Menu

Bu ərazilərdə işıq olmayacaq

25.09.2026, 00:04
Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq.

"AzPolitika" xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Ələsgər Ələkbərov, Mirmövsüm Nəvvab, Rahib Tağıyev, Ümid Əkbərov küçələri, Hüseyn Cavid prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 6 kV-luq hava xəttində həyata keçiriləcək profilaktik tədbirlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Dübəndi bağları yaşayış massivində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol