Menu

Ölkə ərazisində faktiki hava açıqlanıb

25.09.2026, 09:24
Ölkə ərazisində faktiki hava açıqlanıb

Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

"AzPolitika" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.

Lakin ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol