Menu

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

25.09.2026, 11:28
Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

"Dövlət qulluğu sertifikatı" sertifikatının qüvvədə olma müddəti azaldılır.

"AzPolitika" xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti dövlət qulluğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yen Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb

Sənədə əsasən, "Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir.

Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol