Menu

“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib - VİDEO

25.09.2026, 18:46
“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib - VİDEO

“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub.

Müdafiə Nazirliyindən verilən xəbərə göpə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edilib.
Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaradıb, təlim iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol