Menu

Tramp İranın təklifini rədd edib

26.09.2026, 18:26
Tramp İranın təklifini rədd edib

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib.

ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rədd edirəm", – deyib.

Onun sözlərinə görə, Tehran Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutan razılaşma əldə etmək istəyir, çünki "sarsıdıcı məğlubiyyətə uğrayır".

"Onlar razılaşma əldə etmək istəyirlər və məncə, bu, normaldır. Mən də razılaşmalar bağlamağı sevirəm, amma belə bir razılaşma qəbuledilməz olardı", – deyə Tramp vurğulayıb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol