Menu

Deputatla insident yaşayan qarpızsatanın işsizliyi həll olundu - Polisə təşəkkür etdi

26.09.2026, 20:35
Deputatla insident yaşayan qarpızsatanın işsizliyi həll olundu - Polisə təşəkkür etdi

İki gündür gəlirini itirməsi ilə gündəmi zəbt edən qarpız satan Xəyal Əsədov yenidən işinin başına keçib.

"AzPolitika" Lent.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, üzləşdiyi çətinliklə bağlı mediada yaydığı məlumatlardan sonra yenidən işinə qayıda bilib. 

Buna görə də o, media nümayəndələrinə, həmçinin kamera görüntülərinə baxıb iddiaları araşdırdığı üçün Azərbaycan polisinə təşəkkür edib.

Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satmaq istədiyi qarpızların ağ çıxması səbəbindən işini itirdiyini iddia edib. O bildirib ki, deputat həmçinin onun bıçağa əl atdığını iddia edib. Lakin polis şöbəsində kamera görüntülərinə baxılaraq, bu iddianın əsassız olduğu ortaya çıxıb.

Şərhlər

ƏNHU 2026-09-26 21:23:31

Qardaşımız Xəyal Əsədovu deputat qarşıdurmada nail olduğu şanlı qələbəyə görə təbrik edirəm. Və ona kiçik bir məsləhət vermək istəyirəm. Çalışsın hər cümə günü yönünü qibəyə çevirib - ya RƏBBİM, şeytanın və fəzailin şərrindən sənə sığınıram desin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol