Menu

"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğan

27.09.2026, 15:53
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğan

Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.

Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - Ərdoğan qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol