Menu

"Gürcüstan-Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür" - Levan Mamaladze

27.09.2026, 17:54
"Gürcüstan-Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür" - Levan Mamaladze

Gürcüstan-Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətləri ətrafında yaranan müzakirələr iki ölkə arasında strateji tərəfdaşlığa xələl gətirməməlidir, çünki Qafqazda sülh və sabitliyin qorunmasında iki ölkə arasındakı dostluğun əhəmiyyəti böyükdür.

"Qafqazda sülh Gürcüstan-Azərbaycan dostluğunun möhkəmliyindən asılıdır. Bu dostluğu sarsıtmaq cəhdi artıq açıq-aydın görünür", - L. Mamaladze bildirib.

O hesab edir ki, bütün mübahisəli məsələlər qarşılıqlı anlaşma, hörmət və diplomatik normalar əsasında müzakirə olunmalıdır.

"Azərbaycanla yalnız dostluq münasibətləri olmalıdır. Heç kimin mövcud strateji münasibətləri qarşıdurmaya çevirməyə, sülhü və ölkələrimizin suverenliyini riskə atmağa haqqı yoxdur", - Mamaladze qeyd edib.

Politoloq əvvəlki münaqişələrindən nəticə çıxarmağın və tarixi yaddaşı qorumağın vacibliyini də vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol