Menu

"Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir" - Mayk Uolts

27.09.2026, 20:42
"Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir" - Mayk Uolts

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün fəaliyyət variantlarının hamısını nəzərdən keçirir.

Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC News telekanalına müsahibəsində bildirib.

Diplomatdan “The Wall Street Journal” qəzetinin Trampın noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələri bərpa etmək imkanını nəzərdən keçirməsi barədə məlumatını təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub.

“Bu məlumat anonim mənbələrə əsaslanır. Deyə biləcəyim odur ki, Prezident dünyada təhlükəsizliyi təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir”, – Mayk Uolts bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol