Türkiyədə ağır yol qəzası olub.
"Report"un "Haber Global"a istinadən xəbərinə görə, hadisə Qaziantepdə qeydə alınıb.
Belə ki, sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşduqdan sonra aşıb. Qəza nəticəsində 7 nəfər ölüb, daha 13 nəfər yaralanıb.
Əraziyə təcili yardım, jandarm, xilasedicilər göndərilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Hadisənin başvermə səbəbi açıqlanmır. Araşdırma aparılır.


Şərhlər