Menu

ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək

28.09.2026, 08:05
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək

ABŞ Prezidenti Donald Tramp 28 sentyabrda Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.

 Donald Tramp bunu İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində bildirib.

Amerika liderinin iş cədvəlinə əsasən, bəyanat Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb. Müxbirlər Trampdan bəyanatda nələrin əhatə olunacağını soruşublar.

"Bildiyiniz kimi, çərşənbə axşamı "Anthropic"lə görüşümüz var. Bu, vacib olacaq. Bu gecə isə "Anthropic"in rəhbəri Dario Amodei ilə şam yeməyi yeyəcəyəm", - Tramp deyib.

D.Amodei daha əvvəl süni intellekt texnologiyalarına nəzarəti itirməyin bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin "Anthropic"in texnologiyalarının təhlükəsizliyini təmin etmək üçün süni intellektin inkişaf tempini lazım olduğu qədər yavaşlatmağa hazır olduğunu bildirib.

Tramp öz növbəsində süni intellektin maneəsiz inkişafını müdafiə edir. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol