Menu

"Birliyin Gücü – 2026” təlimindən yeni görüntülər - VİDEO

28.09.2026, 11:11
"Birliyin Gücü – 2026” təlimindən yeni görüntülər - VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, plana əsasən, hərbi texnikanın və şəxsi heyətin sürətlə keçməsini təmin etmək məqsədilə yarğanlar və xəndəklər üzərindən panton körpülərin qurulması, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, həmçinin digər mühəndis tapşırıqları icra edilib.
Qarşıya qoyulan tapşırıqların icrası zamanı təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol