Menu

Türkiyədə 400-dən çox sayta giriş BLOKLANDI

28.09.2026, 22:29
Türkiyədə 400-dən çox sayta giriş BLOKLANDI

Türkiyədə qeyri-qanuni mərc oyunları, dələduzluq və əxlaqsız məzmun yerləşdirdiyi müəyyən edilən 417 veb-sayta giriş bloklanıb.

Modern.az yerli mediaya istinadla bildirir ki, Ankara polisi sentyabrın 21-dən 27-dək onlayn rejimdə virtual patrul və açıq mənbələr əsasında araşdırma fəaliyyətləri keçirilib.

Bu çərçivədə 760 sosial media hesabı və URL ünvanı araşdırılıb. İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinə məlumat verildikdən sonra qeyri-qanuni mərc oyunlarını təşviq edən 341 veb-sayta, fişinq fırıldaqçılığı ilə əlaqəli 6 sayta və ədəbsiz məzmunlu 70 sayta giriş bloklanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol