Menu

İcra başçısı kollektivə təqdim edilib

29.09.2026, 19:26
İcra başçısı kollektivə təqdim edilib

Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib.

"AzPolitika" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Məmmədiyə Süleyman oğlu Məmmədov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Məmmədiyə Məmmədov ona göstərilən etimada görə minnətdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol