Menu

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb - FOTOLAR (Yenilənib)

29.09.2026, 20:14
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb - FOTOLAR (Yenilənib)

Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.

Bu barədə "AzPolitika"ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını çatdırıb. M. Pezeşkian təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.

Görüş zamanı xalqlarımız arasındakı ortaq tarixi və mədəni bağların ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edib.

Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

***

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.

"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.

Görüşdə nəqliyyat, dəhliz marşrutlarının gücləndirilməsi və mövcud imkanlardan istifadə edilməsi vurğulanıb.

Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib. /"Report" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol