Menu

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - FOTOLAR

29.09.2026, 22:02
Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb.

"AzPolitika"  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə kardinal Corc Ceykob Kuvakad Azərbaycana səfərini və ona göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib, səfər zamanı keçirdiyi görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Kardinal vurğulayıb ki, dünyada müharibə, zorakılıq və nifrət mesajlarının yayıldığı bir dövrdə Azərbaycandakı dinlərarası həmrəylik və sülh modeli bütün beynəlxalq ictimaiyyət üçün böyük mesajdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tərəflərin bir-birinə dəstək olmasının, səylərin birləşdirilməsinin, mədəniyyət, din, həmçinin insani dəyərlər ətrafında müzakirələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcək birgə proqramlar ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol