Menu

Çindən Azərbaycana pul köçürmələri artıb - Rəqəm açıqlandı

29.09.2026, 22:39
Çindən Azərbaycana pul köçürmələri artıb - Rəqəm açıqlandı

Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,069 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az-ın Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 230 min ABŞ dolları və ya 27,4 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Çinin payı 0,1 faiz təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında 26-cı pillədə qərarlaşıb.

Hesabat dövründə əks istiqamətdə, yəni Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,032 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,524 milyon ABŞ dolları və ya 42,9 faiz azdır.

Dövr ərzində Azərbaycandan xarici ümumi pul köçürmələrində Çinin payı 1 faiz olub. Bu göstərici ilə Çin Azərbaycandan fiziki şəxslərin pul köçürülən ölkələr siyahısında 21-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin ilk yarımilində Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 207,878 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 30,3 milyon ABŞ dolları və ya 12,7 faiz azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 748,464 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 214,5 milyon ABŞ dolları və ya 40,2 faiz çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol