Menu

Bir sıra NATO ölkələri "Merops" dronla mübarizə sistemlərini alacaq

30.09.2026, 00:22
Bir sıra NATO ölkələri "Merops" dronla mübarizə sistemlərini alacaq

NATO-nun təxminən altı üzvü Amerikanın "Project Eagle" şirkətinin "Merops" pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərini alacaq.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə "Business Insider" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, alyansın qeyd olunan dövlətlərinin əksəriyyəti şərq cinahına daxildir. Qeyd olunub ki, hər bir "Merops" önləyicisinin qiyməti təxminən 15 min dollardır.

"Merops" sistemi 280 km/saatdan çox sürətlə hərəkət edə bilir və daha böyük pilotsuz uçuş aparatlarından müdafiə üçün nəzərdə tutulub. Polşa və Rumıniya bu sistemləri şərq sərhədlərində yerləşdirir. Danimarka da "Merops" almaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol