Menu

Ağalıda "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı keçirilir

30.09.2026, 13:35
Ağalıda "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı keçirilir

Zəngilan rayonunun Ağalı kəndində "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı başlayıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, festivalda müxtəlif at gücündə və müxtəlif şirkətlərin istehsalı olan traktorlar, kotanlar, torpaqəzən, dərmançiləyən aqreqatlar, taxılbiçən kombaynlar, həmçinin yolsuzluq avtomobilləri nümayiş etdirilir.

Tədbiirdə fermerlər üçün xüsusi sərfəli satış təklifləri irəli sürülüb.

Qeyd olunub ki, festivalın məqsədi Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı və fermerlər üçün yaradılan yeni imkanlar barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol