Menu

Qonaqlıqda yeyib-içən tanışlar bıçağa əl atdı - Ölən var

30.09.2026, 14:14
Qonaqlıqda yeyib-içən tanışlar bıçağa əl atdı - Ölən var

Bərdədə qətl törədilib.

“AzPolitika” xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

“Sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir”, - məlumatda qeyd olunub.

İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə C.Hüseynovun evinin qarşısında davam edib. Nəticədə, o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol