Menu

Zakir Həsənov Rusiya ilə hərbi əlaqələrin inkişafını müzakirə etdi

30.09.2026, 21:31
Zakir Həsənov Rusiya ilə hərbi əlaqələrin inkişafını müzakirə etdi

Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX-2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinin müavini Vasiliy Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "AzPolitika"ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol