Menu

ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?

30.09.2026, 23:10
ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu il keçirilən ADEX sərgisi ABŞ-nin geniş iştirakı ilə diqqət çəkir: "Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur.

Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol