Menu

Narkotik satışı da onlayna keçib - Baş prokuror yeni təhlükələrdən danışdı

30.09.2026, 23:28
Narkotik satışı da onlayna keçib - Baş prokuror yeni təhlükələrdən danışdı

Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.

Baş prokuror yeni növ cinayətlərdən də danışıb:

“Yeni növ cinayətlər dedikdə xüsusilə narkotiklərin internet üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və yeni informasiya texnologiyalarından istifadə etməklə törədilən digər cinayətlər nəzərdə tutulur”, – Baş prokuror bildirib.

Kamran Əliyev qeyd edib ki, cinayətkarlar yeni informasiya texnologiyalarının, o cümlədən süni intellektin imkanlarından istifadə edirlər.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətlərə həsr olunub və bu fəsildə üç maddə yer alır. Həmin maddələr informasiya sistemlərinə qanunsuz daxilolma və müdaxilə kimi əməlləri əhatə edir”, – o deyib.

Baş prokurorun sözlərinə görə, hazırda törədilən bütün cinayətlərin təxminən 40–50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir. O, bunun prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının həmin sahədə bilik və bacarıqlarını təkmilləşdirməsini zəruri etdiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol