Menu

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

01.10.2026, 09:09
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gələcək.

D Liqasının 2-ci qrupunun qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakim avstriyalı Kristian-Petru Çokirka olacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol