Menu

Kütləvi zəhərlənməyə görə restoran bağlandı

01.10.2026, 19:06
Kütləvi zəhərlənməyə görə restoran bağlandı

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.

Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.

Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb. Ötən gün toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol