Menu

"Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi olmayacaq" - Putin

01.10.2026, 21:28
"Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi olmayacaq" - Putin

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması müqabilində gəmilərə hücumların dayandırılması ilə bağlı hazırkı təklifi mənasız adlandırıb.

APA-nın Moskva bürosunun məlumatına görə, Putin bunu “Valday” forumunda çıxışı zamanı bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi Qərbin köməyi olmadan mümkün deyil.

Putin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının ölkəyə zərər vurduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın Kiyevin bu zərbələrinə cavabından sonra Ukraynanın polad sənayesi məhv edilib.

Rusiya Prezidenti Ukraynada baş verən hadisələri Qərbin Rusiyaya qarşı “kollektiv təcavüzü” kimi qiymətləndirib.

Putin, həmçinin Rusiyanın kifayət qədər dizel yanacağına malik olduğunu, lakin sanksiyalar səbəbindən bu məhsulun qlobal bazarlara çıxarılmasının mümkün olmayacağını bildirib.

O, Moskvanın Hörmüz boğazının açılacağına və İrana qarşı sanksiyaların ləğv ediləcəyinə ümid etdiyini də qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol