Menu

Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır

01.10.2026, 23:14
Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır

Sankt-Peterburqun mərkəzində, İsaakiyevskaya meydanında yerləşən Millerin tarixi malikanəsində böyük yanğın baş verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, yanğına mürəkkəblik üzrə üçüncü dərəcə verilib və alovun əhatə etdiyi ərazi 2 min kvadratmetrə çatıb.

Yanğının söndürülməsinə 125 nəfər və 31 texnika cəlb olunub.

İsaakiyev kilsəsinin qarşısında yerləşən binada yanğın baş verməsi barədə məlumat yerli vaxtla saat 20:11-də təcili xidmətlərə daxil olub. İlkin olaraq alov malikanənin birinci və ikinci mərtəbələrinə yayılıb, daha sonra yanğının əhatə etdiyi ərazi əhəmiyyətli dərəcədə genişlənib.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, Miller malikanəsi regional əhəmiyyətli mədəni irs obyekti hesab olunur. Bina 1879–1880-ci illərdə memar Ferdinand Millerin layihəsi əsasında yenidən qurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol